Ukraynaya zirehli avtomobillər göndərəcəklər

6 Sentyabr 2024 20:08

Kanada Ukraynaya "CRV-7" tipli idarə olunmayan aviasiya raketləri üçün 80 900 ədəddən çox mühərrik tədarük edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ölkənin milli müdafiə naziri Uilyam Bler bildirib.

Onun sözlərinə görə, Ukraynaya bu raketlər üçün 1300 ədəd döyüş başlığı, eləcə də "Coyote" markalı 64 ədəd zirehli avtomobil də göndəriləcək.

Rəsmi Ottava hələ iyun ayında Ukrayna tərəfinə zirehli maşınların və şəxsi heyətin sıradan çıxarılması üçün nəzərdə tutulan 2160 ədəd "CRV7" tipli raketlərin tədarükünü həyata keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun