"3+3" regional əməkdaşlıq platforması çərçivəsində yeni görüşün tarixi müəyyən edilib".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.
"Tarix müəyyən edilib və o, diplomatik kanallar vasitəsilə elan ediləcək", - deyə səfir qeyd edib.
Xatırladaq ki, M.Sobhani daha əvvəlki açıqlamasında "3+3" formatında xarici işlər nazirlərinin növbəti görüşünün yaxın zamanlarda Türkiyədə keçiriləcəyini bildirmişdi.
Onu da qeyd edək ki, "3+3" platforması çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub. Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun