Bankı soydu, pulları qaytardı

26 İyun 2012 17:54
Milli.Az "Oregon Live"a istinadən bildirir ki, aprel ayında "Bank of America"nın filiallarından birini soyan 50 yaşlı Karl Knudson sonradan polisə təslim olub.

O, məhkəmədə ifadə verərkən ittihamları qəbul etdiyini bildirib. Knudsonun dediyinə görə, onu bankı soymağa sövq edən məqam 2008-ci ildə başlayan böyük resessiyadan bəhs edən "İnside Cob" adlı sənədli film olub.

Knudson bankdan oğurladığı 425 dolları Qreşem polis departamentinə təhvil verdiyini bildirib.

Milli.Az