Şuşada 32 ildən sonra ilk toy mərasimi - FOTO

6 Sentyabr 2024 18:37

Şuşanın toylu-büsatlı günləri yenidən başlayıb - 32 ildən sonra şəhərdə ilk dəfə toy mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi İsa bulağında təşkil edilib.

Qeyd edək ki, Şuşa şəhərində indiyədək 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun