Yaponiya səfiri Belarus XİN-ə çağırıldı

6 Sentyabr 2024 17:45

Belarus Xarici İşlər Nazirliyi Yaponiya səfiri Hiroyuki Yamamotonu çağıraraq respublikada casusluq işi ilə bağlı Yaponiya vətəndaşının saxlanması ilə bağlı etirazını bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda bu işin istintaqı yekun mərhələdədir və törədilmiş cinayətlərə görə məsuliyyətin dərəcəsi tam Belarus qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən ediləcək", - məlumatda deyilir.

Nazirlik əlavə edib ki, Minsk insidentlə bağlı Tokio ilə gələcək təmaslardan imtina etmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun