Corcina Ronaldo ilə tanış olmamışdan əvvəl belə görünürdü - FOTO

6 Sentyabr 2024 20:13

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezin heç də həmişə dəbdəbəli həyatı olmayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, portuqaliyalı superulduz ilə görüşməzdən əvvəl o məşhur "Gucci" brendinin mağazasında satış məsləhətçisi işləyib. Ronaldo ilə məhz orada tanış olub.

"Cümə axşamı, yay idi. "Gucci"də işləyirdim. İşimi 5-də bitirməli idim, amma bir həmkarım müştəriyə xidmət etmək üçün əlavə 30 dəqiqə qalmamı istədi. Mağazadan çıxanda bir uşaq və bir qrup dostun müşayiəti ilə təxminən iki metr boyunda yaraşıqlı bir kişi göründü. Sonra düşündüm: "Mənə nə olub?" Mən ona baxmaq belə istəmirdim, çox utanırdım", - deyə Corcina "Marca"ya Ronaldo ilə tanışlığından danışıb.

Qeyd edək ki, Corcina indi model və influenser kimi fəaliyyət göstərir. Onun illik gəliri milyonlarla avrodur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun