İnarə Babayeva Sona Aslanovanin 100 illiyi ilə əlaqədar solo konsert verəcək

6 Sentyabr 2024 17:08

Sona Aslanovanın 100 illiyi ilə əlaqədar olaraq Azərbaycanın tanınmış opera ifaçısı,Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı, "Tərəqqi" medalı laureatı İnarə Babayeva "Nəsildən nəsilə ötürülən iz" adlı konsert proqramı ilə 7 oktyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Əməkdar artist Zülfiyyə Sadıqovanın müşayiəti ilə baş tutacaq konsertdə Sona Aslanovanın repertuarından dünya və Azərbaycan klassik musiqi nümunələri səsləndiriləcək.

Həmçinin konsertdən öncə İnarə Babayevanın müəllifi olduğu  Sona Aslanovanın yaradıcılığına həsr olunmuş kitabın təqdimatı baş tutacaq.

Biletlər https://iticket.az/events/concerts/a-trace-passed-down-from-generation-to-generation/127902

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az