Nəhəng imperiya parçalanır

26 İyun 2012 16:02
Rupert Merdok "News Corp." media korporasiyasını iki yerə bölmək niyyətindədir. "İmperiya" bundan sonra çap-nəşriyyat və əyləncə biznesi strukturlarından ibarət olacaq.

Milli.Az bildirir ki, "News Corp" korporasiyasının əyləncə bölməsi "20th Century Fox" kinostudiyası, "Fox" televiziya şəbəkəsi və "Fox News" telekanalından ibarətdir.

"News Corp", habelə " The Wall Street Journal", "The Sun" və "The Times of London" qəzetlərinə, "Harper Collins book publishing" çap evinə malikdir.

Milli.Az