İtkin düşmüş Narinlə bağlı yeni xəbər var

6 Sentyabr 2024 16:17

Türkiyədə 21 avqust tarixindən itkin düşmüş 8 yaşlı Narin Güranla bağlı qəbirstanlıqda şübhəli əşyalar tapılıb.

Milli.Az big.az-a istinadən bildirir ki, polis tərəfindən tapılan ayaqqabının və paltarın Narinə aid olduğu hələ məlum deyil. Lakin Türk polisi əməkdaşları tapılan əşyaların Narinin itkin düşmə səbəbini ortaya çıxara biləcəyini qeyd edib.

Qeyd edək ki, Narinin itkin düşdüyü 11 in hektarlıq ərazidə 2 min polis əməkdaşı, 2 helikopter və 48 kameralı dronla axtarış aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun