Coni münsif olduğu yarışmadan yazdı - FOTO

7 Sentyabr 2024 05:05

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) ilk dəfə münsif olduğu "Səs. Uşaqlar" mahnı müsabiqəsi ilə bağlı açıqlama yayıb.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi bununla bağlı instaqram səhifəsində paylaşım edib.

Coni bildirib ki, sözügedən yarışma bu gündən etibarən Rusiyanın "Birinci kanal"ının efirində yayıma başlayır:

"Bu gündən etibarən münsif olduğum "Səs. Uşaqlar" müsabiqəsinin yeni mövsüm buraxlışı başlayır. Yarışmaya "Birinci kanal"ın efirində saat 21:45-də baxa bilərsiniz.

Qeyd edək ki, azərbaycanlı müğənni ilə bərabər sözügedən mahnı müsabiqəsinin münsiflər heyyətində rus estrada ulduzları Dima Bilan və Yulianna Karaulova da yer alacaq. Layihəsinin yeni mövsümündə aparıcıları Yana Çurikova və bloger, ifaçı Valya Karnaval olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun