Pavel Durovun Fransada saxlanılmasından sonra Teleqram təhlükəsizlik siyasətini dəyişib və şəxsi söhbətlərin moderasiyasına (Moderatorların qaydalara və istifadəçi kontentinin idarə edilməsinə (UGC) nəzarət) başlamaq niyyətindədir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.
Məlumata görə, Teleqram dünən özünün tez-tez verilən suallar (FAQ) səhifəsindən şəxsi söhbətlərin qorunduğuna dair məlumatı silib.
Messencerin rəhbərliyi bildirib ki, bütün Teleqram proqramlarında qeyri-qanuni məzmun barədə moderatorlara məlumat verməyə imkan verən "Reрort" düyməsi var.
Bundan əlavə, Teleqram istifadəçilərin moderatorlardan məzmunun silinməsini tələb etmək üçün e-mail ünvanı da yerləşdirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun