Rusiya Pavloqradı “İsgəndər”lə vurdu - 1 nəfər ölüb, 40-dan çox yaralı var - FOTO

6 Sentyabr 2024 14:32

Rusiya ordusunun Ukraynanın Dnepr vilayətinin Pavloqrad şəhərinə raket zərbələri zamanı 1 nəfər dinc sakin ölüb, 40-dan çox yaralı var.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhərə təqribən 5 ədəd "İsgəndər-M"/KN-23" tipli ballistik raket buraxılıb.

Vilayət Hərbi Administrasiyasından bildirilib ki, zərbələrin təsirindən beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Zərbələrin Rusiyanın Voronej və Rostov vilayətlərinin ərazisindən endirildiyi ehtimal edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun