Məşhur türkiyəli aktrisa Azərbaycan filminə çəkiləcək - FOTO

6 Sentyabr 2024 17:09

Bakı Media Mərkəzinin layihəsi olan "44" filminin baş qəhrəmanı türk aktrisa Özge Gürel olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsindən bəhs edən filmdə Özgenin partnyoru isə İbrahim Çingiz olacaq.

Rejissor kürsüsündə İsmayıl Səfərəlinin əyləşəcəyi ekran işinin çəkilişləri yaxın zamanda başlayacaq. 

Həkim Zeynep obrazına həyat verməyə hazırlaşan Özge bu günlərdə Bakıya gələcək. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun