"Bir mahnı oğrusu var ki..." - Vəfaya söz atdı

6 Sentyabr 2024 17:30

"Şəbnəm, Vəfadan min dəfə yaxşı oxuyandır".

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı deyib.
 
"Nigar xanım" verilişinə qonaq olan sənətçi Vəfa ilə Şəbnəmin mahnı qalmaqalını şərh edib:
 
"Dünən Şəbnəmin yeni trend mahnısı işıq üzü görüb. Düzdür, mənim başıma gələn, onun da başına gəldi. Bir "mahnı oğrusu" var , əgər mahnı onundursa görək onu "youtub"a qoya biləcəkmi? Qoya bilsə, deməli o düz deyir, bilməsə deməli Şəbnəm haqlıdır. Bunu Vəfa ilə qalmaqalım olub deyə demirəm. Amma həqiqətən də Şəbnəm Vəfadan min dəfə yaxşı oxuyandır. Ümumiyyətlə Şəbnəm yaşıdlarının içərisində müzakirə olunmaz sənətə sahibdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun