Sobada toyuğu belə bişirin – Çox dadlı olacaq

8 Sentyabr 2024 10:00

Bir çox insan sobada toyuq bişirməyi sevir. Çünki sobada bişirilən toyuq sobadakından daha dadlı olur. 

Milli.Az lent.az-a istinadən bildirir ki, toyuğu sobaya qoymazdan əvvəl onu bəzi ədviyyatlar və ya məhsullardan hazırlanmış marinada əlavə etmək lazımdır. 

Bunlar hansı marinadlardır?

Xardal

Xardal toyuğun üzərində xüsusi bir qat yaradacaq. Həm də toyuq ətinə daha maraqlı dad verəcək və qəşəng görünəcək. Qeyd edək ki, toyuğa xardal vurduqdan sona sobaya qoymazdan bir saat gözləməlisiniz. 

Xama

Xamanın tək özünü və ya ona ədviyyatlar, doğranmış sarımsaq və göyərti əlavə edə bilərsiniz. Bu zaman toyuq xırtıldayan və dadlı olacaq. Toyuğa bu marinadı əlavə etdikdən sonra əvvəl yarım saat gözlənilməlidir. Daha sonra onu bişirin. 

Bal

Toyuğu iştahaçan edən şeylərdən biri də məhz baldır.  Balı az miqdarda bitki yağı ilə qarışdırın.  Daha sonra toyuq ətinə sürtün və 30 dəqiqə gözləyin.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun