Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya gedib. O, Ramşteyn aviabazasında Təmas Qrupunun iclasında iştirak edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o, "X" platformasındakı paylaşımında bildirib.
"Mən Təmas Qrupun iclasında iştirak edəcəyəm və ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşəcəyəm, daha sonra isə Almaniya Kansleri Olaf Şoltsla danışıqlar aparacağam", -o qeyd edib.
Vladimir Zelenski onu da bildirib ki, Almaniyadan sonra növbəti səfəri İtaliyaya olacaq. O, İtaliyada "Ambrozetti" Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun