Xərçəngdən əziyyət çəkən model müalicədən imtina etdi

8 Sentyabr 2024 11:00

7 il əvvəl döş xərçəngi diaqnozu qoyulan məşhur model Elle Makferson müalicədən imtina edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb. Elle xərçəngdən müalicə olunmaq üçün kimyaterapiyadan imtina etdiyini bildirib.

"Tibbi həllərə yox demək həyatımda verdiyim ən çətin qərar idi. Lakin öz daxili səsimə yox demək daha da çətin olardı. Bu, gözlənilməz, çaşdırıcı, bir çox cəhətdən qorxulu idi. Bu, mənə kömək edəcək həll yolunu daxili aləmimin dərinliklərində araşdırmaq fürsəti verdi" deyə, o, əlavə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun