Zəngin ailələrin sərvəti 2030-cu ilə qədər 9,5 trilyon dollara yüksələcək

8 Sentyabr 2024 04:04

Fövqəlzəngin ailələrin sərvəti 2030-cu ilə qədər 73 % artaraq, ailə ofisləri tərəfindən idarə olunan hazırkı 5,5 trilyon dollardan 9,5 trilyon dollara qədər artacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" "Deloitte" konsaltinq şirkətinin hesabatına istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, ailə aktivlərini idarə edən ailə ofisləri ölçüsünə görə hedcinq fondlarına çatır. Zənginlər üçün investisiya firmalarının sayının eyni dövrdə üçdə bir artaraq 10 720-yə çatması gözlənilir.

"Bloomberg" vurğulayıb ki, "Deloitte" hesabatında qeyd olunan ailə ofislərində 2 milyard dollarlıq aktivləri idarə edən orta hesabla 15 işçi var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun