Telekanal İbrahim Tatlısəsdən 273 min istəyir
26 İyun 2012 18:37
Telekanal rəhbərliyinin dediyinə görə, Tatlısəs ötən il sui-qəsdə məruz qalmazdan əvvəl "Beyaz TV" ona proqramının 5 bölümü üçün pul ödəmişdi. Lakin Tatlısəs güllə ilə vurulandan sonra proqramlar efirə çıxmayıb.
Milli.Az "Vatan"a istinadən bildirir ki, "İBO Show" teleşousunu İbrahim Tatlısəs vurulmazdan əvvəl yayan "Beyaz TV"nin vəkili Zeynep Arısan Dişçinin dediyinə görə, telekanal və müğənni arasında müqavilə var. Müqavilənin şərtlərinə görə, şounun hər bölümü üçnü Tatlısəsə 75 min lirə ödənilib. Anlaşmada 13 bölümü nəzərdə tutulur.
2011-ci ilin martın 9-da, sui-qəsdə məruz qalmasından 5 gün əvvəl Tatlısəs 5 bölüm üçün pulu alıb və onun hesablarına 375 min lirə keçirilib.
Lakin sui-qəsddən sonra proqramlar efirə çıxmadığı üçün telekanal 273 min lirənin geri qaytarılmasını tələb edir. İstanbul Mülkiyyət Hüquqları Məhkəməsi tərəfləri barışdırmağa çalışsa da, bir nəticə hasil olmayıb.
Milli.Az