"Xaç atası"nın yaradıcısından yeni film

8 Sentyabr 2024 13:00

"Lionsgate Movies" kinoşirkətinin "YouTube" kanalında məşhur "Xaç atası" filminin rejissoru Frensis Ford Koppolanın növbəti filmi olan "Meqapolis"in yeni treyleri yayımlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, film tamaşaçıları gələcəyə aparacaq. Burada dahi bir memar Nyu-Yorku yenidən qurmaq və onu "dünyanın paytaxtına çevirmək" istəyir, lakin acgöz şəhər merinin müqaviməti ilə üzləşir.

Rollarda Saya LaBaf, Lourens Fişbörn, Forest Uitaker, Dastin Hoffman kimi məşhurlar çəkiliblər.

"Meqapolis"in dünya premyerası sentyabrın 27-də baş tutacaq. Film ilk dəfə Kann Film Festivalında nümayiş etdirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun