"Linkin Park" faciədən yeddi il sonra sürprizlərlə gəldi

6 Sentyabr 2024 12:14

Bütün dünyada milyonlarla dinləyicinin qəlbini fəth edən əfsanəvi "Linkin Park" rok qrupu yeddiillik fasilədən sonra böyük səhnəyə qayıdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 2017-ci ildə vokalist Çester Benninqtonun musiqi dünyasını sarsıdan faciəli ölümü qrupun gələcək mövcudluğunu sual altına almışdı. Belə ki, 41 yaşlı vokalistin intiharından sonra qrup öz fəaliyyətini dayandırdı.

"Linkin Park"ın yeni vokalisti, "Dead Sara" qrupunda iştirakı ilə tanınan Emili Armstronq oldu. Armstronq ilə birlikdə qrup artıq pərəstişkarların qəlbini fəth etməyə müvəffəq olan "The Emptiness Machine" adlı yeni albomunu təqdim edib.

"Linkin Park"da başqa dəyişikliklər də baş verib. Belə ki, Kolin Britteyn barabanlar arxasında yer alıb.

Pərəstişkarlar üçün əsas xəbər isə noyabrın 15-də buraxılması planlaşdırılan "From Zero" adlı yeni albomun anonsu olub. "Linkin Park" yeni albomun dəstəyi üçün sentyabrın 11-də başlayacaq genişmiqyaslı dünya turuna çıxır. Konsertlər ABŞ, Almaniya, Böyük Britaniya, Cənubi Koreya və Kolumbiyada keçiriləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun