Avropa çempionatı: 3 cüdoçumuz mübarizəyə başlayır

6 Sentyabr 2024 11:17

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 2-ci yarış günündə 3 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilərin 73 kq çəki dərəıcəsində 2 cüdoçumuz mübarizə aparacaq. 81 kq-da isə 1 cüdioçumuz qələbə uğrunda yarışacaq.

Avropa çempionatı
73 kq
Vüsal Qələndərzadə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. Onun rəqibi kosovolu Dion Şarapolli olacaq.
İlk mərhələdə güləşəcək aydın Rzayev İbrahim Demirəldən (Türkiyə) üstün olmağa çalışacaq.

81 kq
Süleyman Şükürov da 1/16 finaldan başlayacaq. O, Petrov Kesovla (Kipr) üz-üzə gələcək.

Qeyd edək ki, ilk gündən sonra millimizin aktivində 2 qızıl, 1 gümüş medal var. Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun