Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda zəncirvari yol qəzasında 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 12 nəfər yaralanıb. Hadisə yerinə təcili yardım, polis, jandarm və xilasedicilər cəlb edilib. Yaralılar sıxılmış vəziyyətdə qaldıqları avtomobillərdən çıxarılaraq təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. Onlardan biri xəstəxanada ölüb.
Qeyd edilir ki, yaralılardan daha ikisinin vəziyyəti ağırdır.
Hadisənin başvermə səbəbi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun