Putinin savaşı Rusiyanın müharibəsinə çevrildi - FT

6 Sentyabr 2024 07:42

Rusiya lideri Vladimir Putin Ukraynadakı tükəndirici müharibədə hələ də qalib gələ biləcəyinə inanır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.

"Ukraynanın Rusiya ərazisini işğal etməsindən aylar sonra bir şey aydın oldu: Kreml Putinin hələ də qalib gələcəyinə inandığı müharibəni davam etdirməyə hazırdır. Münaqişənin hansısa hərbi və ya iqtisadi ixtisarla tez bir zamanda həll olunacağına dair ümidlər hələ də özünü doğrultmayıb.

İndi Putinin müharibəsi kimi başlayan hadisə getdikcə daha çox Rusiyanın müharibəsinə çevrilir və Kremlin xərclərə məhəl qoymamaq qabiliyyətini gücləndirir",- məlumatda deyilir.

Qeyd olunur ki, Kursk fiaskosu Putini utandırır:

"Axı bu, nüvə silahına malik olan Rusiyaya İkinci Dünya Müharibəsindən sonra ilk hücumdur, üstəlik, bu, nüvə silahı olmayan dövlət tərəfindən edilib.

Ancaq Ukrayna və Qərb rəsmiləri bildirir ki, bunun Putin üçün öz ölkəsində siyasi problemlər yarada biləcəyi ehtimalı azdır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun