BMV "Toyota" ilə hidrogen elektromobili hazırlayacaq

6 Sentyabr 2024 06:46

Almaniyanın BMV və Yaponiyanın "Toyota" şirkətləri birlikdə hidrogen yanacaq elementləri ilə işləyən elektrik avtomobilləri hazırlayacaqlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMV-nin press-relizində məlumat verilib.

BMV 2028-ci ildə mövcud model seriyalarından biri çərçivəsində avtomobillərin hidrogen versiyalarını buraxacaq. Tərəfdaşlar birlikdə yeni hidrogen elektromobilləri üçün güc blokları hazırlayacaqlar.

Bildirilir ki, hidrogenli elektrik avtomobilləri akkumulyatordan deyil, hidrogen və oksigenin qarşılıqlı təsiri nəticəsində yaranan elektrik enerjisi ilə işləyir.

Bununla belə, BMV hidrogenli avtomobilləri akkumulyatorla işləyən elektromobillərin əvəzedicisi hesab etmir.

"Biz onları rəqib kimi görmürük. Fikrimizcə, onlar bir-birini tamamlayır" , - şirkətdən bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun