Paris-2024-də T13 kateqoriyasında 100 m məsafəyə qaçış üzrə dünya rekordunu (11.76) yeniləyərək qızıl medal qazanan paraatletimiz Lamiyə Vəliyeva bu gün növbəti məsafədə mübarizə aparıb.
Milli.Az idman.biz-ə istinadən xəbər verir ki, idmançımız bu dəfə Tokio-2020 paralimpiya oyunlarında qızıl medal əldə etdiyi 400 m məsafədə özünü sınayıb.
Təmsilçimiz 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Bu növ üzrə final mərhələsi sentyabrın 7-də baş tutacaq.
Qeyd edək ki, paralimpiyaçılarımız Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc müdal qazanıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun