"Onları dünyanın heç bir aktrisasına dəyişmərəm" - FOTOlar

6 Sentyabr 2024 00:39

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkədə Azərbaycan aktrisaları ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Xalq artistləri Firəngiz Mütəllimova, Sənubər İsgəndərli, Məleykə Əsədova, Mehriban Zəki və Əməkdar artist Vəfa Zeynalova ilə fotolarını paylaşaraq bunları yazıb:

"Bizim teatrın dəyərli xanım aktrisalarını dünyanın heç bir aktrisasına dəyişmərəm. Nəinki bizim teatrın, ümumiyyətlə Azərbaycanın xanım aktrisalarının hamısı möhtəşəm, gözəl, sanballı və dünyaya meydan oxuyacaq qədər istedadlıdırlar. Sevirəm sizi".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun