Putinə nə deyəcəyimi bilmirəm - Tramp

6 Sentyabr 2024 00:58

ABŞ prezidentliyinə namizəd, keçmiş prezident Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin vitse-prezident Kamala Harrislə bağlı açıqlamasına necə reaksiya verəcəyini bilmədiyini söyləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Tramp Putinin Harrisi dəstəklədiyini bildirib.

"O, Kamalanı dəstəklədi. Bununla bağlı nə deyəcəyimi bilmirəm. Mənim, yaxud onun təhqir edildiyini, yaxud əksi olduğunu bilmirəm", - deyə Tramp söyləyib.

Qeyd edək ki, Kreml rəhbəri Kamala Harrisə dəstəyini ifadə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun