“Tottenhem”in futbolçusu: Azərbaycan millisi çox yaxşı komandadır

6 Sentyabr 2024 00:25

"Azərbaycan millisi çox yaxşı komandadır".

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında İsveç millisinin futbolçusu Deyan Kulusevski UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Hazırda İngiltərənin "Tottenhem" klubunda çıxış edən vinger milli komandamız haqqında xoş sözlər söyləyib: "Azərbaycan millisini yaxşı oyuna görə təbrik edirəm. Uğurlu futbolçulardan qurulmuş komandadır. Bu matçda çoxlu enerji sərf etdik. Onlar da bizi ilk hissədə sıxdılar. Şükür ki, qələbə qazandıq. Uşaqları təbrik edirəm".

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun