Alen Delonun vəsiyyətnaməsinə uşaqları etiraz edə biləcək

5 Sentyabr 2024 22:53

Məşhur fransız aktyor Alen Delonun vəsiyyətnaməsi onun üç uşağına təhvil verilib.

Oxu.Az bu barədə "Figaro" nəşrinə istinadən məlumat verir.

Dördsəhifəlik sənəd İsveçrədən Anuşka, Antoni və Alen-Fabyen Delonlara sifarişli məktubla göndərilib. Varislərin bu sənədə etiraz etmək üçün 30 gün vaxtı var.

Böyük oğlu Antoni bəyan etmişdi ki, 150 milyon avro dəyərində qiymətləndirilən mirasın 50%-i bacısı Anuşkaya çatacaq, yerdə qalan yarısı isə qardaşlar arasında bərabər bölünəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun