Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı AÇIQLANDI

5 Sentyabr 2024 23:06

Londonun "Çelsi" klubu dünyanın ən bahalı heyətinə malik futbol klubu elan edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "CIES Football Observatory" məlumat yayıb.

Komandanın oyunçularının ümumi dəyəri 1,28 milyard avrodur. İkinci yerdə "Mançester Yunayted" (1,04 milyard avro), üçüncü yerdə İngiltərənin digər klubu "Mançester Siti" (1,017 milyard avro) qərarlaşıb.

İlk 5 kluba, həmçinin İngiltərə Premyer Liqasının (İPL) daha iki komandası - "Arsenal" (798 milyon, 4-cü yer) və "Tottenhem" (787 milyon, 5-ci yer) daxil olub. Reytinqdə ilk britaniyalı olmayan klub Fransanın PSJ klubu olub. Parislilər altıncı pillədə qərarlaşıb, heyətin ümumi dəyəri 772 milyon avrodur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun