Gəncədə sərnişin mikroavtobusu 6 maşına çırpıldı - FOTO

5 Sentyabr 2024 20:55

Gəncədə sərnişin avtobusunun iştirakı ilə baş verən zəncirvari qəzanın bəzi təfərrüatları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, prospektlə hərəkətdə olan 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusunun əyləc sistemində nasazlıq yaranıb.

Bu zaman sürücü avtobusu yol kənarında dayana bir neçə avtomobilə çırpıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun