Boliviyada güclü zəlzələ oldu

5 Sentyabr 2024 17:57

Boliviyanın qərbində 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Bildirilir ki, yeraltı təkanların episentri təxminən 208 min əhalisi olan Oruro şəhərindən 128 km cənubda yerləşir.

Ocaq 223 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun