Sumqayıtda intihara cəhd edildi

26 May 2010 12:32
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalın verilən məlumata görə, Tovuz Əbdülhəsənov özünü öldürmək məqsədilə dənizə atıb.

Yaxınlıqda olan post-patrul xidmətinin əməkdaşları onu sudan çıxararaq xilas ediblər. T.Əbdülhəsənov intihara cəhd etməsinin səbəblərini açıqlamayıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az