Avropa çempionatı: Əliyeva və Əlizadə qızıl, İmranov gümüş medal qazanıb - FOTO

5 Sentyabr 2024 18:26

Bu gün Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ilk yarış günü 6 cüdoçumuz tatamiyə çıxıb.

Oğlanların yarışında 1, qızlarda isə 5 təmsilçimiz qalib adı uğrunda mübarizə aparır.

Avropa çempionatı
Oğlanların yarışı
60 kq
Nizami İmranov 1/8 final finalda mübarizəyə başlayıb. O Françesko Sampinonu (İtaliya) məğlub edərək növbəti mərhələyə yüksəlib. Nizami 1/4 finalda serbiyalı Marko Yorgiçdən də üstün olub. Nizaminin yarımfinalda fransalı rəqibi Zahariye Dijola qalib gəlib. İmranov həlledici qarşılaşmada Nazar Viskova (Ukrayna) uduzaraq gümüş medalla kifayətlənib.

Qızların yarışı
48 kq
Könül Əliyeva 1/8 finaldan türkiyəli Bequmnaz Doğruyoldan üstün olub. 1/4 finalda rumıniyalı Laura Boqdanı da məğlub edən Könül yarımfinala yüksəlib. O, burda fransalı Morqan Annisdən də güclü olub. Əliyeva qızıl medal uğrunda görüşdə Zilan Ertemə (Türkiyə) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu çəkidə Fəridə Mirzayeva ilk mərhələdə Vodianna Melaniiadan (Ukrayna) üstün olsa da 1/8 finalda Sammer Şovlaya (Böyük Britaniya) uduzub.

52 kq
İlk mərhələdən tatamiyə çıxan Xədicə Qədəşovanın fransalı Alissi Pulanjini üstələyib. O, 1/8 finalda almaniyalı Lena Dyeriouya da qalib gəlib. Xədicənin 1/4 finalda Mikaela Skiakovelliyə (İtaliya) uduzub. Qədəşova bürünc medal uğrunda təsəlliverici görüşdə Luka Mamirayaya (Macarıstan) uduzaraq yarışı medalsız başa vurub.

57 kq
Fidan Qasımova ilk mərhələdə Anne Şaşlaya (Macarıstan) uduzub.

Fidan Əlizadə ilk görüşdə lixteynşteynli Lei Vissadan üstün olub. O, 1/8 finalda sloveniyalı Yevgeniya Qaiçi də məğlub edib. Növbəti mərhələdə britaniyalı Kloe Linkdən də güclü olan Fidan yarımfinala yüksəlib. Bu mərhələdə Əlizadənin Vanessa Toleaya (Rumıniya) heç bir şans verməyib. Cüdoçumuz gürcüstanlı Nino Loladzeni məğlub edərək qızıl medal qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun