Keçmiş "Türkiyə gözəli" vəfat etdi

5 Sentyabr 2024 16:25

Keçmiş "Türkiyə gözəli" Simla Kantarcıoğlu vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib. Qızı Ebru Kantarcıoğlu onun ölümü ilə bağlı açıqlama verib: 

"Ürək çatışmazlığı var idi. Diz qapaqlarında problem yarananda əməliyyat olundu. 4-5 il əvvəl yıxılıb ombasını sındırandan sonra bədəni əldən düşdü. Sonuncu dəfə dostunun evində özünü pis hiss etmişdi və xəstəxanaya aparmışdılar. 2-3 gündən sonra huşunu itirdi. Sağalırdı, amma vəfat etdi".

Qeyd edək ki, Simla 1969-cu ildə "Türkiyə gözəli" seçilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun