Yusifdən boşandığı arvadının oğlu ilə paylaşım - FOTO

5 Sentyabr 2024 19:47

Xalq artisti Yusif Eyvazov boşandığı həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiyaqo ilə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən bildirir ki, Tiyaqo ilə çəkdirdiyi selfilərini paylaşan sənətçi onun doğum günü olduğunu bildirib.

"16 yaşın mübarək, mənim əzizim və birdənəm... Bu il təbrik əvəzinə sənə bu şeirləri hədiyyə verəcəm, hər şey istədiyin kimi olsun. Mən səni sevirəm. Sənin atan...", -  deyə Yusif vurğulayıb.

Qeyd edək ki, Yusif və Anna iki ay əvvəl 10 illik evliliklərini sonlandırıb. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun