AzTV-nin yeni aparıcıları bəlli oldu

5 Sentyabr 2024 15:37

AzTV-nin "Telesəhər" verilişinin yeni aparıcıları bəlli olub.

Milli.Az olay-a istinadən bildirir ki, layihəni aparıcılar İskəndər İbrahim, Şaiq Ağayev, Təranə Quliyeva və Könül Cəfərzadə olub.

Proqram 9 sentyabrdan hər səhər efirdə olacaq.

Qeyd edək ki, İskəndər Xəzər TV-dən, Təranə GünAz TV-dən sözügedən kanala keçid edib. Ş. Ağayev isə əvvəldən "Telesəhər"in aparıcısı olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun