"Fənərbağça" onlara görə 13 milyon ziyana düşdü

5 Sentyabr 2024 14:25

Transfer dövrünün sona yaxınlaşdığımız bu günlərdə "Fənərbağça" üçün əhəmiyyətli itkilər baş verib.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, klub Luan Peres, Rade Kruniç və Joao Pedro ilə yollarını ayıraraq 13,41 milyon avro zərər edib. 

Braziliyalı müdafiəçi "Santos"a keçib. O, "Fənərbağça"ya 5,23 milyon avroya transfer olmuşdu. 

Joao Pedro 4,68 milyon avroya "Kalyari"dən gəlmişdi. Onun da müqaviləsinə xitam verilib. Rade Kruniç isə "Milan"dan 3,5 milyon avroya transfer edilmişdi. O da pulsuz "Srvena Zvezda"ya keçdi. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun