Pənah Hüseyn istefa verdi

5 Sentyabr 2024 13:27

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiya sədrliyindən istefa verib.

Milli.Az xəbər verir ki, bu barədə özü açıqlamasında deyib.

Pənah Hüseyn istefasına səbəb kimi 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində uduzduğunu göstərib.

O bu qərarını yaxın günlərdə rəsmi şəkildə açıqlayacağını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun