Oleandr bitkisinin ölümə səbəb olması barədə iddiaların əsası var? - FOTO

5 Sentyabr 2024 13:11

"Yaşıllaşdırma istifadə edilən oleandr bitkisinin ölümə səbəb olması barədə iddialar əsassızdır".

Bunu APA-ya açıqlamasında biologiya elmləri doktoru Həsən Babayev deyib.

O bildirib ki, ölkəmizdə "söyüd gülü" kimi daha çox tanınan "oleandr" və ya "zəqqum kolu" adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində çox sıx rast gəlinir. 

Gözəl gülləri olan bu bitki Abşeron yarımadasının hava şəraitinə  tam uyğunlaşmış bitkidir. Abşeronun quraq iqliminə, küləyə və istiyə davamlı olan, asan yetişdirilən bu kollar təkcə bizim ölkəmizdə deyil, həmçinin Avropada, o cümlədən kurort və istirahət məkanları ilə zəngin olan Fransa, Türkiyə, Yunanıstan, İspaniya, Italiya və s. ölkələrdə də geniş şəkildə əkilib. Quraq iqlimə davamlı olması bu bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadə edilməsinə səbəb olub.

Onun güllərinin zəhərli, insanlar üçün təhlükəli olmasına gəldikdə isə, bu günə kimi heç bir ölkədə oleandr gülündən ölüm hadisəsi qeydə alınmayıb. Artıq alimlər tərəfindən də sübut olunub ki, sözügedən gül yalnız yem kimi qəbul edildikdə o ziyan verə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun