Hadisə Acunun toyuna niyə getməyib? - FOTO

5 Sentyabr 2024 17:42

TV 8-in rəhbəri Acun Ilıcalının toyuna bir neçə məşhur dostu gələ bilməyib.

Milli.Az olay-a istinadən bildirir ki, onlardan biri pop ulduz Hadise olub. Müğənni Venesiya Film Festivalına getdiyi üçün toyda iştirak etməyib.

"Yanınızda olmağı çox istəyərdim. Ömür boyu xoşbəxtliklər diləyirəm, gözəl Çağla və canım Acun. Sizi çox sevirəm", - deyə, Hadise bildirib. 

Digəri gələ bilməyən populyar sima isə Seda Sayan olub. O, bununla bağlı özü məlumat yayıb:

"Anamın nasazlığına görə yanınızda ola bilmədim. İkinizi də çox sevirəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun