Ermənistan NK Azərbaycanla imzalanan Əsasnamənin ratifikasiyasını təsdiqlədi

5 Sentyabr 2024 11:34

Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin ratifikasiyasını təsdiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb. 

Qanun layihəsi bundan sonra Konstitusiya məhkəməsinə, daha sonra isə parlamentə göndəriləcək.

Xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-u imzalanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun