"Taxt oyunları"ndakı dəmir taxt satılır - FOTO

6 Sentyabr 2024 06:06

"Taxt oyunları" serialında istifadə olunan taxt hərraca çıxarılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "HBO" və "Heritage" hərrac evi ekran işinin çəkilişlərindən istifadə olunan 2 000-dən çox əşyanın satılması üçün hərrac keçirəcək. Buraya geyimlər, silahlar və digər əşyalar daxildir. Onların arasında "Dəmir taxt", Ceymi Lannister (aktrisa Nikolay Koster) və Sansa Starkın (aktrisa Sofi Törner) paltarları, Arya Starkın (aktrisa Maisi Uilyams) qılıncı və Jaime Lannisterin (aktyor NikolayKoster-Valdau) andiçmə qılıncı və s. var.

Hərrac oktyabrın 10-dan 12-dək onlayn keçiriləcək. "Dəmir taxt" üçün başlanğıc olaraq təklif olunan məbləğ 6 250 dollar, Ceyminin süni qolu 5000 dollar, Bran Starkın (aktyor İsak Hempstid Rayt) əlil arabası 4 000 dollar, ayron Lannisterin (aktyor Piter Dinkleyc) əl broşu isə 3 000 dollardır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun