Bakıda yük avtomobilin vurduğu piyada 2 gün sonra öldü

5 Sentyabr 2024 09:52

Bakıda yük avtomobilinin vurduğu piyada iki gün sonra ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Suraxanı rayonu, sentyabrın 3-də Binə qəsəbəsində 1990-cı il təvəllüdlü Kamran Salmanov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə piyada - 61 yaşlı İslah Məmmədquliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq İ. Məmmədquliyev ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun