Acunun toyuna komanda yoldaşının keçmiş arvadı ilə gəldi - FOTO

5 Sentyabr 2024 16:53

Ötən gün TV8 kanalının rəhbəri Acun Ilıcalının ailə qurması barədə məlumat vermişdik.

Milli.Az bildirir ki, 4-cü dəfə evlənən Acunun toyuna məşhurlar axın edib. Ayça Çağla Altunkaya ilə ailə quran Acunun toyunda dəvətlilər sırasında "Yeteneksizsiniz"in münsiflərindən olan, keçmiş futbolçu Sergen Yalçın da olub. O, toya keçmiş komanda yoldaşının eks xanımı Sezer Çakır ilə gəlib. Qol-qola şəkil çəkdirən ikilinin eşq yaşadığı iddia edilib.

Qeyd edək ki, Sezer Çakır Oktay Derelioğlunun keçmiş xanımıdır.

İsmayıl
Milli.Az