Türkiyənin Qaziantep şəhərinin Yavuzeli rayonunda minik avtomobili və yük maşının iştirakı ilə ağır yol qəzası baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpması olub.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun