Türkiyənin "Qalatasaray" komandası Serjiu Oliveyra ilə yollarını ayırıb.
Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Portuqaliyalı oyunçu Yunanıstanın "Olimpiakos" komandasına keçəcək.
Qeyd edək ki, Serjiu Oliveyra 2022-ci ildən İstanbul nəhəngində çıxış edirdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun