Bakı vaxtı ilə 20:45-də ölçüsü təxminən bir metr olan asteroid Yer kürəsinin atmosferinə 63 min km/saat sürətlə daxil olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, proqnozlara görə, kiçik asteroid atmosferdə yanıb, onun qalıqları isə dənizə düşəcək. Səma cisminin düşməsini Filippində müşahidə etmək olar.
Alimlər asteroidin Yerə təxmini düşmə vaxtından səkkiz saat əvvəl görüblər. Bu, doqquzuncu dəfədir ki, alimlər səma cismi haqqında xəbərdarlıq edərək, onun atmosferə daxil olma anını dəqiq bildiriblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun