Medvedyevdən şok: Polşaya qədər bufer zona olmalıdır!

5 Sentyabr 2024 00:22

Ukrayna ordusunun mərmi hücumundan qorunmaq üçün sərhəddə bufer zonanın yaradılması vacibdir. Onun eni Ukraynaya hansı növ silahların veriləcəyindən asılıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyev deyib.

"Aydındır ki, gələcəkdə bizə sanitar zona yaratmaq lazımdır ki, hər hansı mərmi atılmasın. Hansı ölçüdə olacağını heç kim bilmir. Lakin kifayət qədər olmalıdır. Lakin uzaq mənzilli silahlar, qanadlı və ballistik raketlər əldə etmək istəyirlərsə, bu sanitar zona Polşaya qədər uzanmalıdır", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun